Pedaqoji Şuranın ilk iclası keçirilib

Sentyabr ayının 12-də Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə 2025-2026-cı tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirildi.

İclasda gündəlik məsələlər müzakirə olunmaqla yanaşı, həmçinin Elm və Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq göstərişləri, tapşırıq və tövsiyələri pedaqoji kollektivin diqqətinə çatdırıldı.

Yeni tədris ili üçün tədrisin keyfiyyətinin artırılması, təlim prosesinə müasir yanaşmaların tətbiqi, qiymətləndirmə fəaliyyətinin effektiv təşkili və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirildi.

Bununla yanaşı, IV və VI siniflərdə keçirilmiş monitorinqlərin, eləcə də IX siniflərin buraxılış imtahanlarının nəticələri təhlil edilərək növbəti mərhələdə atılacaq addımlar müzakirə olundu.

 

#məktəb155 #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #PedaqojiŞura #YeniDərsİli #YeniTədrisili #Məktəb #Müəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi