1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı seminar keçirildi

1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı seminar keçirildi.
1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq MM Qərargahının rəisi Vəfa Məmmədova tərəfindən seminarlar təşkil edildi.

II – V sinif şagirdləri bu günün əhəmiyyəti ilə bağlı təlimatlandırıldı. Bildirildi ki, şagirdlər bu günün mahiyyətini dərindən dərk etməli və hər bir fövqaladə vəziyyətə hazırlıqlı olmalıdırlar.

Şagirdlərə siniflərdə keçirilən seminarlarda Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi, məqsədi, vəzifələri ətraflı şəkildə izah edildi.

Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Qeyd edilmiş qaydaların eyni zamanda təhsil ocaqlarında da düzgün tətbiqinin, bu və ya digər fövqaladə hal zamanı məktəb rəhbərliyi, pedoqoji və texniki heyət, həmçinin məktəblilərin fəal iştirakının vacibliyi xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi