“Beynəlxalq Ana Dili Günü” münasibətilə məktəbimizdə tədbir keçirildi

   

      Vəliyeva Humay Fərzalı qızı 4a, 6b, 8c, 8a sinif şagirdlərinin iştirakı ilə  “Beynəlxalq Ana Dili Günü” münasibətilə məktəbimizdə tədbir keçirdi. 

   Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, kitabxaçılar, müəllimlər və valideynlər iştirak edirdilər.  Şagirdlər fevralın 21 – nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı.

       Məktəblilər ana dilinə həsr olunan ədəbi –bədii kompozisiya nümayiş etdirib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi