Ana harayı abidəsinə ziyarət olundu

17.02.2019 tarixdə məktəbin illik fəaliyyət  planının 1.2.27 bəndinə  uyğun  olaraq şagirdlərdə  xalqımıza qarşı  törədilmiş  faciələr  haqqında  bilgilərin  artırılması,   tarixi  hadisələrə  düzgün  rəy vermək  bacarığının  formalaşdırılması  məqsədilə  VIIIc  sinif  şagirdləri və sinif rəhbəri Əhmədova Zöhrə Əhməd qızı  Xocalı soyqırımını əks etdirən  Ana harayı abidəsini ziyarət  etdilər. Ziyarət zamanı şagirdlərimiz  ucaldılmış  abidənin  önünə  qərənfillər  düzərək, soyqırım qurbanlarının  xatirəsini  bir dəqiqəlik  sükutla yad etdilər. Şagirdlərimiz  abidə  önündə  Xocalı faciəsinə  həsr  olunmuş  şeirlər  söyləyərək,  bu amansız  faciənin  səbəbkarlarına  öz nifrət  hisslərini  bildirdilər. Məktəb  kollektivi  adından  Xocalı  soyqırımında  həlak  olmuş  hər  bir  Azərbaycan vətəndaşına  Allahdan  rəhmət  diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi