“Xocalı faciəsi” Tariximizin qan yaddaşıdır adlı tədbir keçirildi

Əhmədova Zöhrə Əhməd qızı 8c, 6c sinif şagirdləri üzrə “Xocalı faciəsi” Tariximizin qan yaddaşıdır adlı tədbir keçirdi.

Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, məktəb əlaqələndiricisi Günay Şükürova və valideynlər iştirak edirdilər.

Xocalı faciəsi Azərbaycan xalqının həyatında ən ağır faciələrdən biridir. Bütün dünya xalqları erməni vandalizminin şahidi oldu.

Tarix hələ də indiyədək bu qədər ağır faciəyə şahid olmalışdır. Bu faciədə Azərbaycan xalqına təkcə maddi – mənəvi cəhətdən deyil, həmçinin psixoloji cəhətdən zərbəyə məruz qaldığı dünya xalqlarına məlum oldu. Viran qalmış,talanmış torpağımız, yaşlı insanların ah – naləsi, qız – gəlinlərimizin şərəf və ləyaqəti ayaqlar altına alındı. Bəşər tarixində silinməz iz qoyan Xocalı faciəsini indi artıq bütün  dünya tanımağa başlayıb və ABŞ – da artıq dörd ştatda 26 fevral Xocalı faciəsi günü kimi qeyd olunur.

Bu faciədə həlak olmuş fenemenal jurnalist Çingiz Mustafeyev öz adını Azərbaycan xalqının tarix salnaməsinə qızıl hərflərlə yazırdı.

 Xocalı faciəsinin bu il 27 – ci il dönümüdür. Biz Xocalı şəhidlərimizin ruhunu hörmətlə anırıq. Ulu tanrıdan onlara rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi