“Ana dili milli sərvətimizdir” adlı şeir müsabiqəsi keçirildi
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018 – ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018 –ci il tarixli 857s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirinin 15.01.2019 –cu il tarixli, F –20 nömrəli əmrinin 5 –ci bəndini rəhbər tutaraq məktəbimizdə VI – VIII sinif şagirdləri arasında “Ana dili milli sərvətimizdir” adlı şeir müsabiqəsi keçirildi.
Müsabiqədə münsiflər heyəti qismində məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, dil ədəbiyyat müəllimləri Şəhla Bağırova, Ağazadə Əzizov, kitabxanaçılar Kifayət Cəfərova və Kifayət Həsənova iştirak edirdilər.
Dil xalqın varlığını təsdiq edir. Çünki xalqı onun dili yaşadır. F.Köçərilinin dediyi kimi “Dil xalqın mənəvi diriliyidir”. Öz dilini qorumaq, onun saflığının qayğısına qalmaq hər bir vətəndaşın borcudur. Torpaq bizə babaların verdiyi miras olduğu kimi, dil də bizə verilən mirasdır. Onu göz bəbəyi kimi qorumaq bizim əsl vətəndaşlıq borcumuz və vəzifəmizdir.
“Ana dili milli sərvətimizdir” adlı şeir müsabiqəsində :
1. Heydərova Cəmilə Rasim qızı – I yer
2. Qafarova Səbinə Vüqar qızı - II yer
3. Xanlarova Günəş Kamal qızı – III yer
Heydərova Cəmilə Rasim qızı Rayon mərhələsinə seçildi.