Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar lazımi məlumatlar və sənədli video material nümayiş olundu
İsmayılov Afiq Dilbazi oğlu 7d, 8c sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar lazımi məlumatlar və sənədli video material nümayiş etdirdi.
Xocalı qan yaddaşımızdır 26 fevral 1992 – ci il Azərbaycan xalqının və dünyada bir çox insanların yaddaşında kədərli, matəmli bir gün kimi qalacadır.
Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.
Tarixin hələ indiyədək şahidi olmadığı bu münasibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.