Növbəti Pedaqoji şura keçirildi.
29.01.2019 – cu il tarixdə Saat 1000 da məktəbin direktoru Ruhiyyə İbrahimova Pedaqoji şuranın növbəti iclasını keçirdi.
Şuranın gündəliyində duran I yarımilin yekunları, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 15.01.2019 –cu il tarixli, F – 18 № - li əmrinin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra vəziyyəti və digər məsələlər dinlənilərək geniş müzakirəyə çıxarıldı, I yarımilin yekun keyfiyyət göstəriciləri elektron variantda işlənilərək pedaqoji heyətə təqdim edildi və müqayisəli analiz aparıldı.