Monitorinq imtahanının nəticələri müzakirə olundu
08.01.2019 – cu il tarixdə məktəbin təlim – tərbiyyə işləri üzrə direktor müavini Vəfa Məmmədova VII siniflərdə Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənnləri üzrə Monitorinq imtahanı keçirmişdi.
Məktəbin direktoru Ruhiyyə İbrahimova və təlim – tərbiyyə işləri üzrə direktor müavini Vəfa Məmmədova bu gün keçirilən valideyn iclasında VII siniflərin Monitorinqin imtahanlarının nəticələrini müzakirə etdilər.
Valideyn –məktəb əməkdaşlığının bariz nümunəsi olan belə tədbirlər ailənin ümumtəhsil işinin fəal iştirakçısına çevrilməsinə kömək edir.Ayrı–ayrı siniflərdə mütəşəkkil halda təşkil olunmuş iclaslarda direktor, fənn müəllimləri, sinif rəhbərləri bilavasitə iştirak edərək nöqsan və uğurların birgə müzakirəsində iştirak edirlər.
İclaslarda qarşıda duran vəzifələr,yeni layihələr barədə söhbət açmışdır.