Direktoryanı müşavirə keçirildi.
08 yanvar 2019 –cu il tarixində məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydaların izah edilməsi üçün iclac keçirildi. İclasda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Vəfa Məmmədova, metodbirləşmə sədrləri və müəllimlər iştirak etdilər. Ruhiyyə İbrahimova müəllimlərin nəzərinə çatdırdı ki, hazırda məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar təsdiqlənibdir. "Ümumi təhsil pilləsi üzrə təhsilalanların qiymətləndirilməsi (yekun qiymətləndirmə istisna olmaqla) qaydaları” adlanan bu layihədə qiymətləndirmə ilə bağlı bir sıra köklü dəyişikliklər həyata keçirilibdir.
Ruhiyyə İbrahimova qeyd etdi ki, məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla üç növdən ibarətdir. Əsas dəyişiklikər summativ qiymətləndirmələr və onların formatı ilə bağlıdır. I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II –III siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacaqdır.
Böyük summativ qiymətləndirmə yalnız IV, IX və XI siniflərdə aparılacaqdır. BSQ –lər V –VIII və X siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən həyata keçiriləcəkdir.
Yarımil qiymətləri böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə KSQ ballarının ədədi ortası və ona uyğun qiymətə ("5” ballıq) əsasən yazılır.
Şagirdin illik balı onun yarımillik ballarının ədədi ortası kimi müəyyənləşdirilir və 5 ballıq şkalaya uyğunlaşdırılaraq sinif jurnalının müvafiq qrafasının birinci sütununda 100 ballıq şkalaya uyğun bal, ikinci sütununda isə 5 ballıq şkalaya uyğun qiymət yazılır.