Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi
Sabuçu rayonu üzrə Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar Hacıyev Tahir Firuz oğlu adına 252 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə direktor müavini Vəfa Məmmədova ,UBR rəhbəri Arzu Məmmədova və X – XI sinif şagirdləri iştirak edirdi.
Tədris olunacaq məruzələrlə Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi məqsədilə Mirzəyev Fuad Səfər oğlu ,Xarici siyasət də uğurlar haqda məlumatı isə Vəliyeva E.H qızı öz çıxışları ilə bildirdi.
Gənclərimizin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası vacib məsələlərdən biri kimi ümummilli lider Heydər Əliyevi daim düşündürürdü. Əlbəttə, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili, nüfuzlu beynəlxalq qurumlarda təmsil olunması həm də ölkəmiz haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edirdi.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də gənclər siyasətini uğurla reallaşdırır. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”