Açıq dərs keçirildi

              7d sinfində Abuzər Şirinova riyaziyyat fənni üzrə  Konqruyent fiqurlar mövzusunda açıq dərs keçdi.

Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova və  direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova fənn müəllimləri  Fatma Həsənova, Qənirə Məmmədova , digər fənn müəllimi Çinarə Tağıyeva iştirak edirdilər.

Şagirdlər fiqurların xüsusiyyətlərini müəyyən etməyi bacardılar. Dərsdə motivasiyadan istifadə edilərək şagirdlər  kağızdan konqruyent  üçbucaqlar kəsib düzətdilər. Konqruyent fiqurlar haqqında fikir söylədilər. Konqruyentlik və bərabərlik anlayışlarının fərqini bildilər. Məsələ həlli ilə yaradıcı tətbiqetmə mərhələsi oldu.

Zəif şagirdlər üçün Diferensial  təlim üsulundan istifadə  edildi. Təlim nəticələri yüksək olan şagirdlər üçün konqruyent üçbucaqları daha mürəkkəb vəziyyətdə təsvir etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi