Açıq dərs keçirildi
3c sinfində Dahi Azərbaycan şairi N.Gəncəvinin “Oğlum Məhəmmədə Nəsihət” şeiri adlı açıq dərs keçirildi.
Dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Məhluqə Bayramova, Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və fənn müəllimləri Günay Əhmədova, Züleyxa Yusifova iştirak edirdilər.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Oğlum Məhəmmədə Nəsihət” şeirindən bir parça olan “Atanın oğluna Nəsihəti” şeiri idi. Dahi şairin dəyərli kəlamlarından nümunələr söylənildi.Şagirdlər anladılar ki, seçdikləri sənətin,peşənin əsl sahibi, kamil ustası olmalı, atacaqları addımları və deyəcəkləri sözlərin nə ilə nəticələnəcəyini qabaqcadan düşünməlidirlər.
Dərsin əsas məqsədi daim biliyə can atmağın, geniş biliyə malik olmağın əhəmiyyətini gənc nəslə anlatmaq idi.