Sabunçu Rayon polis İdarəsinin əməkdaşlarının iştirakı ilə görüş keçirildi
Sabunçu rayonu 155 №-li tam orta məktəbin rəhbərliyi bildirir ki, 30.10.2018 – ci il tarixdə Sabunçu Rayon polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin YYÇPİTB-nin rəisi, polis mayoru Əli Babayev, 12-ci polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Elşən Tağıyev və həmin şöbənin YYÇ-ın işləri üzrə baş inspektoru, polis mayoru İbrahim Məmmədov iştirak etmişdirlər. Tədbir iştirakçıları narkomaniyanın yaranması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mübarizə ilə çıxış etmişlər.
Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkamaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Bütövlükdə tədbir 155 №-li tam orta məktəbin həm müəllim həm də şagird kollektivi tərəfindən qiymətləndirilmişdir.