Açıq dərs keçirildi
3a sinfində Azərbaycan dili fənnindən “Ağıllı qarışqa“ mövzusunda Açıq dərs keçirildi.
Dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Məhluqə Bayramova, təşkilatçı rəhbər Rəfiqə Hacıyeva, fənn müəllimləri Natəvan Nəsirova, Günay Əhmədova iştirak edirdilər.
“Ağıllı qarışqa“ mövzusu bədii mətnlər nəsr və ya nəzmlə yazıla bilər. Hekayələr, nağıllar, adətən, nəsr şəklində olur. Nəzmlə yazılan mətnlər şeir şəklində olur.
Nəsrlə olan mətnlər abzaslara bölünür. Hər bir abzas yeni sətirdən başlanır və orada müəyyən fikir və ya hadisə təsvir olunur.
Nəzmlə yazılmış mətnlər bəndlərdən, bəndlər isə misralardan ibarət olur. Bəndlər də abzas kimi bitmiş fikri ifadə edir.
Sinifdə şeirin ifadəli oxusu üzrə iş təşkil olundu.Qrup işləri, auksion keçirildi. Şeiri nəssrə çevirməyi, şeirin əsas əlamətlərini müəyyən etmək üçün iş aparıldı. Sonda şagirdlərin biliyi qiymətləndirildi.