Açıq dərs keçirildi

3d sinfində Açıq dərs keçirildi. Mövzu “Qartalın təşəkkürü” idi.

Dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Məhluqə Bayramova, Vəfa Məmmədova, fənn müəllimləri Pərvinə Novruzova, Züleyxa Yusifova və Natəvan Nəsirova iştirak edirdi.

Yaxşılıq etməyin vacib insani xüsusiyyət olmasından danışıldı.Yaxşılığı heç bir təmənna güdmədən etmək lazım olduğunu uşaqlar vurğuladılar. Etdiyimiz yaxşılığın mükafat kimi bizə qayıtmasından bəhs etdilər.

Yaxşılıq etməyin dini baxımdan da yüksək qiymətləndirildiyi vurdulandı. Uca yaradan yardımlaşmanı əmr edərkən onun əsas cəhətini bir-birinizə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın demişdi. Ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır.

İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.

Gəlin bu sevinci yaşatmaq üçün yaşayaq!
Gəlin xeyirxahlıq etmək üçün gecikməyək!

 Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu öyrətməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar.

Beləliklə şagirdlərin beynində xeyirxah, yaxşı işlər görmək vərdişi formalaşdırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi