Pedaqoji şuranın növbəti iclası keçirildi
Məktəbin direktoru Ruhiyyə İbrahimovanın rəhbərliyi ilə Pedaqoji şuranın növbəti iclası keçirildi.
İclasda direktor müavinləri və fənn müəllimləri iştirak edirdilər.
Pedaqoji şurada 2018 – 2019 – cu dərs ilində qarşıda duran vəzifələr müzakirə olundu.
Ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib qərarlar qəbul etmək məqsədilə yaradılır.
Pedaqoji şuranın sədri məktəbin direktoru Ruhiyyə İbrahimova aşağıdakı məsələlər ətrafında müzakirələr apardı:
Fənlərin tədrisi vəziyyətinin öyrənilməsinə dair monitorinqlərin nəticələri elan olundu. Zəif nəticə göstərən siniflərə nəzarətin daha da artırılması qeyd olundu.
Müəssisədaxili qaydalar müzakirə olundu. Şagirdlərin nizam –intizam qaydalarına ciddi nəzarətin artırılmasına dair bir neçə məsələlər danışıldı.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması və müəssisənin idarəolunmasının təkmilləşdirilməsi məqsədilə vacib işlər barədə fikirlər irəli sürüldü.