18 Oktyabr Müstəqillik gününə həsr olunmuş tədbir

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.            

Müstəsna önəmli olan Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi idi. Tarix və gələcək nəsillər üçün önəmli olan Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının mətninin konkret kimlər tərəfindən yazılması deyil, bu dövlətin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi daha önəmlidir.

Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi...

Hər birimiz üçün qürur doğuran haldır ki, Azərbaycan Respublikasının müstəqil, sivil və demokratik məzmunda hüquqi bir dövlət kimi formalaşması Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sayəsində mümkün olmuş və Azərbaycan xalqının müstəqil dövlətdə azad yaşaması heç nə ilə ölçüyə gəlməyən bir xoşbəxtlikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi