18 oktyabr - Dövlət “Müstəqillik günü” adlı açıq dərs keçirildi

           18 oktyabr - Dövlət “Müstəqillik günü” adlı açıq dərs keçirildi.

Dərsdə məktəbin direktoru R.İbrahimova, direktor müavinləri R.Hacıyeva, M.Bayramova, fənn müəllimləri L.Əliyeva, N.Nəsirova və psixoloq N.Rüstəmzadə iştirak edirdi.

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib.

Müstəqillik gününə həsr olunmuş açıq dərsdə uşaqlar ”Müstəqillik”, ”Azadlıq”, ”Mübarizlik” və “Qəhrəmanlıq” qruplarına bölünərək qrup işləri apardılar.

Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi