M.Arazın "Azərbaycan dünyam mənim" adlı açıq dərs keçirildi
M.Arazın "Azərbaycan dünyam mənim" adlı açıq dərs keçirildi.
Dərsdə məktəbin direktoru R.İbrahimova, direktor müavinləri R.Hacıyeva, M.Bayramova, fənn müəllimləri Ş.Bağırova, K.Hüseynova, psixoloq N.Rüstəmzadə və valideynlər iştirak edirdi.
Məmməd Arazın “Azərbaycan dünyam mənim" şeirinin mövzu və ideyası əsərdə bədii təsvir və ifadə vasitələrini müəyyən etmək tələb olunurdu.Təlimin məqsədinə nail olduq. Dərsdə şagirdlərdən Gülay, Nuray, Əminə, Rəvan və digər şagirdlər fəal iştirak etdilər.
Məmməd Arazın “Vətən” haqqında bir çox şeirləri var. ”Ayağa dur Azərbaycan”,”Məndən ötdü qardaşıma dəydi”,”Vətən mənə oğul desə nə dərdim” və s.
Bu gün keçirilən açıq dərsdə Vətən məhəbbəti ön planda idi. Əsər ona görə aktual idi ki, bu gün həm də Müstəqillik günü idi.
Şairin bütün şeirləri kimi bu şeir də xalqı mübarizəyə səsləyir. Azərbaycançılıq ideyasının carçısı M.Araz millətin qəhrəman oğul və qızlarının, bərəkətli torpağının, tarixi keçmişini tərənnüm edirdi.