“Müstəqil Azərbaycan” adlı “Dəyirmi masa”
9b sinfində “Müstəqil Azərbaycan” adlı “Dəyirmi masa” keçirildi.
“Dəyirmi masa” da məktəbin direktoru R.İbrahimova, fənn müəllimləri E.İmanova, Z.Vəliyeva, K.Mirzəyeva, A.Musayeva və UBR – A.Məmmədova iştirak edirdi.
Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Dövlət “Müstəqillik günü” hər il 18 oktyabrda qeyd edilir.1991 - ci ildə uzun sürən mübarizədən sonra Konstitusiya Aktı qəbul edilmiş,Dövlətimiz müstəqilliyinə qovuşmuşdur.Bu müstəqillik xalqımızın sovet işğalına qarşı 70 illik mübarizəsinin yekunu oldu.
Azərbaycan xalqı dərk edir ki, müstəqil Azərbaycan Respublikasında yaşamaq, yaratmaq, təhsil almaq hər bir vətəndaşın hüququ ollmaqla yanaşı onun suverenliyini də göz bəbəyi kimi qorumaq şərəfli borcumuzdur.
Dövlətlə xalqın birliyi isə müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edəcəkdir.