Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu keçirildi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıqda 30 ildən çoxdur ki, həyata keçirilən HBSC beynəlxalq tədqiqatı 11 ,13 və 15 yaşlı oğlan və qızların sağlamlığı, rifahı və sosial şəraitinə dair davranışlar haqqında məlumat mənbəyidir.Əldə edilən məlumatlar təkcə səhiyyə sektoru üçün deyil, eyni zamanda uşaqların, yeniyetmələrin sağlamlığının, gücləndirməsi və qorunmasına yönəlmiş siyasətlərin inkişaf etdirilməsi və təkmilləşdirilməsi üçün faydalıdır.