"Narkomaniya əsrin bəlasıdır " adlı dəyirmi masa keçirildi

Sabunçu rayonu 155 №-li tam orta məktəbin rəhbərliyi bildirir ki, 03.10.2017 – ci il tarixdə Sabunçu Rayon polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin YYÇPİTB-nin rəisi, polis mayoru Əli Babayev, həmin bölmənin inspektoru, polis leytenantı Aqil Xudiyev, 12-ci polis bölməsinin YYÇ-ın işləri üzrə baş inspektoru, polis kapitanı İbrahim Məmmədov iştirak etmişdirlər. Tədbir iştirakçıları narkomaniyanın yaranması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı mübarizə ilə çıxış etmişlər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı video çarx şagirdlərə nümayiş olunmuşdur. Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkamaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Bütövlükdə tədbir 155 №-li tam orta məktəbin həm müəllim həm də şagird kollektivi tərəfindən qiymətləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi