"Biz günəşin zərrəsiyik "adlı buraxılış gecəsi keçirildi

Sabunçu rayonu C.Məmmədyarov adına 155№-li tam orta məktəbdə 4 –cü sinifi, ibtidai təhsili başa vuran şagirdlərin “Biz günəşin zərrəsiyik” tədbiri keçirildi.4 il bundan əvvəl müəllim Əliyeva Leyla Elburus qızı bu şagirdləri birinci sinifə qəbul edərək onlara qələm tutmağı, hərfləri yazmağı öyrətdi.Bugün isə artıq bu fidanlar ibtidai bilikləri mənimsəyərək orta təhsilə başlayıblar.Onlara ilk müəllimlərindən, öz doğma müəllimlərindən ayrılmaq çox çətindir. Şagirdlər bu tədbir üçün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettosunu səhnələşdirdilər.Tamaşaçılar bu səhnələri böyük rəğbətlə qarşıladılar.Şagirdlər çox böyük məharətlə rolları ifa etdilər. Məktəbin rəhbəri Abbbasova Mənzərə Vəli qızı qonaqları salamlayaraq onlara Leyla müəllim və şagirdlərinin məktəbə verdiyi töhfələrdən, onların daim hazırladığı maraqlı tədbirlərdən danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi