8c sinif şagirdlərinin iştirakı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dəyirmi masa

28 dekabr 2024-cü il tarixində məktəbin kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənovanın təşkilatçılığı və 8c sinif şagirdlərinin iştirakı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dəyirmi masa keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra məktəbin tarix müəllimləri Zəminə Vəliyeva və Aynurə Musayeva 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsasının qoyulması, bu günün həmrəylik bayramına çevrilməsindən danışdılar.

Dəyirmi masa ətrafında aparılan müzakirələrdə qeyd olundu ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Daha sonra çıxış edən Kifayət Cəfərova və Kifayət Həsənova qeyd etdilər ki, ,uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü — Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Sonda şagirdlər Vətən, müstəqillik, həmçinin Həmrəylik Günü haqqında şeirlər və məlumatlar təqdim etdilər.

#məktəb155 #fəalməktəb #müəllim #şagird #BakıŞəhəriüzrəTəhsilİdarəsi #MÜTDA

#HəmrəylikGünü #DünyaAzərbaycanlılarınınHəmrəyliyiGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi