"Vətənpərvərlik" mövzusu
Vətən bizim yaşadığımız kənddən,şəhərdən qəsəbədən,rayondan başlanır.Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən,dibi görünməyən yamyaşıl meşələrdən ,durna gözlü bulaqlardan,çoşqun çaylardan,mavi göllərdən başlanır.Vətən müqəddəsdir,ülvidir.Onun hər şeyi dağı,daşı,torpağı,suyu,səması bizim üçün əzizdir,doğmadır.Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında şairlərimiz,yazıçılarımız çoxlu əsərlər yazmış,bəstəkarlarımız musiqi bəstələmiş yazıçılarımız öz əsərlərində dolğun əks etdirmişlər.Vətən sevgisi nədir?İlk baxışdan mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir.Vətəni sevmək,Vətən naminə yaşamaq,ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət,peşə sahibi olmağa lüzum yoxdur.Fəhlə də,həkim də,alim də Vətən üçün yaşaya,öz əməli ilə Vətənin şöhrətini artıra bilər.Kifayətdir ki,ürəkdə təpər,istək,təəssübkeşlik olsun.Əsgər döyüş meydanlarında vuruşur,Vətən qarşısında borcunu səngərdə yerinə yetirir.Fəhlənin,mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti artır.Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər.Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla,Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur.