“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin keçirilməsi ilə əlaqədar olaraq VIIIa, VIIIb, VIIc, VIIId sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin keçirilməsi ilə əlaqədar olaraq, 24 aprel 2024-cü il tarixində məktəbin kitabxanasında kitabxana müdiri Kifayət Cəfərova və kitabxanaçı Kifayət Həsənovanın təşkilatçılığı və VIIIa, VIIIb, VIIc, VIIId sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi.

Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

Dəyirmi masada şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumatlar təqdim etdilər, şairin qəzəl və rübailərini səsləndirdilər.

Dəyirmi masada məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Kəmalə Hüseynova və Humay Vəliyeva, UBR Arzu Məmmədova iştirak etdilər.

 

#məktəb155 #BakıTəhsilİdarəsi #BakuEduAz #Məktəb #Müəllim #Şagird #virtualməktəb #fəalməktəb #MəhəmmədFüzuli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi