IX sinif şagirdləri ilə "Qohumlararası nikah" adlı maarifləndirici söhbət
17 aprel 2024-cü il tarixində məktəbin psixoloqu Əsgərova Şəbnəm IX sinif şagirdləri ilə "Qohumlararası nikah" adlı maarifləndirici söhbət apardı.
Söhbət zamanı şagirdlərə qohumlararası nikahların səbəbləri və risk faktorları, bu nikahların yaratdığı fəsadlar və irsi xəstəliklər, həmçinin belə nikahların qarşısını almaq məqsədilə görülə biləcək tədbirlər müzakirə şəklində şagirdlərə çatdırıldı.
Məşğələdə məktəbin biologiya müəllimi Həsənova Nərgiz, sinif rəhbəri Vəliyeva Humay, UBR Məmmədova Arzu iştirak edirdilər.
Biologiya müəllimi Nərgiz Həsənova və sinif rəhbəri Humay Vəliyeva mövzu ilə bağlı şagirdlərlə öz bilik və təcrübələrini bölüşdülər.