"İdmansevərlər" layihəsi çərçivəsində və "İdman həftəsi"nə uyğun olaraq yoldaşlıq oyunu keçirildi
05 aprel 2024-cü il tarixində "İdmansevərlər" layihəsi çərçivəsində və "İdman həftəsi"nə uyğun olaraq, 155 nömrəli tam orta məktəbin 11-12 yaşlı şagirdlərindən ibarət futbol komandası ilə 90 nömrəli tam orta məktəbin komandası arasında yoldaşlıq oyunu keçirildi.
Yarış yüksək mübarizə şəraitində keçdi.
Birinci və ikinci hissələrdə, həmçinin əlavə vaxtda oyun 0-0 hesabı ilə başa çatdı.
Qalib komandanın müəyyənləşdirilməsi üçün keçirilən penalti seriyasında meydan sahibləri olan 90 nömrəli məktəb 5-4 hesabı ilə qalib gəldi.