Pedaqoji Şuranın növbəti iclası keçirildi

06.04.2024-cü il tarixində məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.

İclasın gündəliyinə daxil olan məsələlər:

1. Məktəbin direktoru Ruhiyyə İbrahimova dərs dinləmələr zamanı ən sıx rast gəlinən çatışmazlıqlar haqqında məlumat təqdim etdi və gələcəkdə təkrarlanmaması üçün tövsiyələr verdi.

2. Məktəbin psixoloqu Şəbnəm Əsgərova "Davranış jurnalları"nın monitorinqinin nəticəsində şagird davranış qaydalarında və müəllimlərin yanaşmalarında nəzərə çarpan dəyişiklikləri iclas iştirakçılarının diqqətinə çatdırdı.

3. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun 3 aprel 2024-cü il tarixli, 3-29-69/2-07F/2024 nömrəli "Xüsusi hallar zamanı görülməli işlər barədə" əmri heyətin diqqətinə çatdırıldı.

4. ⁠22 aprel 2024-cü il tarixdən məktəbdə “Təhlükəsiz məktəb” layihəsinə start verilməsi qərara alındı.

15-22 aprel tarixlərində layihənin Fəaliyyət planı hazırlanması tapşırığı verildi.

5. ⁠Növbəti Pedaqoji Şuraya kimi müəllimlərdən etik davranış qaydalarına əməl edən, məktəbdə növbətçilik, nəzarət işlərini qüsursuz icra edən, şagirdləri müxtəlif olimpiada və yarışlarda iştirak edən müəllimlərin rəğbətləndirilməsi üçün adlı siyahının şuraya təqdim edilməsi diqqətdə saxlanıldı.

6. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini tərəfindən IV (18 may) və VI (19 may) siniflərdə keçiriləcək monitorinqin çərçivə sənədi və monitorinqin aparılması qaydaları rəhbərlik tərəfindən şura iştirakçılarına ətraflı izah edildi.

 

#MÜTDA #Monitorinq #məktəb155

#Pedaqojişura

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi