Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Açıq qapı" günü təşkil edib

05.04.2024-cü il tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi şagirdlərin peşə seçiminə dəstək və mərkəzlə tanışlıq məqsədilə "Açıq qapı" günü təşkil edib.
Məktəbin VIII-IX sinifləri açıq qapı günündə iştirak edib.
Şagirdlərə tədbirdə müxtəlif ixtisaslar üzrə dərslər haqqında məlumat verilib.
Şagirdlər peşə mərkəzində təşkil olunan sərgi ilə tanış olublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.