Kimya fənni üzrə "Bir damcı öyrənək" adlı təqdimat yarışı növbəti dəfə keçirildi
15 aprel 2024-cü il tarixində məktəbdə ənənəvi olaraq VII siniflər arasında kimya fənni üzrə "Bir damcı öyrənək" adlı təqdimat yarışı növbəti dəfə keçirildi.
Təqdimatın mövzusu:
- Dünyada və ya Azərbaycanda su ehtiyatları
- Qarabağdakı su ehtiyatlarının üstünlükləri
- Su kimyəvi maddə kimi
- Canlı orqanizmlərdə suyun rolu
Həmçinin şagirdlərə su haqqında digər mövzular seçmə imkanı verilmişdi.
Qiymətləndirmə isə
- mövzunun əhatəliliyi
- orijinallığı
- dizayn
- təqdimetmə bacarığı meyarları üzrə aparıldı.
Məktəbin direktoru Ruhiyyə İbrahimova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, kimya müəllimləri Yeganə Rəhimova və Könül Məmmədova, UBR Arzu Məmmədova münsif qismində əyləşdilər.
Müsabiqəyə VII siniflər arasından 10-dan çox iş təqdim edilmişdi.
Seçim sonrası şagirdlərə təltifnamə, təşəkkürnamə və kiçik hədiyyələr təqdim edildi.