IX siniflərin qızları ilə "Reproduktiv sağlamlıq nədir? Yeniyetmələrin sirləri" mövzusunda məşğələ
6 mart 2024-cü il tarixində məktəbin psixoloqu Şəbnəm Əsgərova IX siniflərin qızları ilə "Reproduktiv sağlamlıq nədir? Yeniyetmələrin sirləri" mövzusunda məşğələ keçirdi.
Məşğələdə məktəbin tibb bacısı Məryəm Həsənova da iştirak edirdi.
Söhbət zamanı qızlara reproduktiv sağlamlıq nədir, qadın və kişi orqanizminin xüsusiyyətləri, reproduktiv sağlamlığı qorumaq üçün nələrə əməl etmək lazımdır, cinsi yetişkənlik dövründə qızlarda baş verən anatomik fizioloji dəyişikliklər barədə məlumatlar verildi, şəxsi və intim gigiyena vərdişləri haqqında tövsiyələr verildi.
Sonda şagirdlərlə mövzu ilə əlaqədar üzləşdikləri problemlər və onların maraq dairəsi barədə məlumat almaq üçün sorğu keçirildi.