"İdmansevərlər" layihəsi çərçivəsində qaçış yarışı
Şagirdlərdə fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, onlar arasında idmanın kütləviləşdirilməsi və şöhrətli idmançılarımızın tanıdılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə və "İdmansevərlər" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq, məktəbdə idmanla bağlı yarışların, müsabiqələrin keçirilməsi davam edir.
Bu məqsədlə məktəbin fiziki tərbiyə müəllimləri Mehman Səfərli, Mirzə Mirzəli və Mələknisə Mirzəyeva 6a sinifinin komandaları arasında yarış təşkil etdilər.
#idmansevərlər #İdmansevərlərlayihəsi #məktəb155