"Beynəlxalq Riyaziyyat Günü"nə həsr olunmuş riyaziyyat fənni üzrə 5-ci siniflər arasında bilik yarışı

14.03.2024-cü il tarixində məktəbin riyaziyyat müəllimi Rübabə Nağıyevanın təşkilatçılığı ilə "Beynəlxalq Riyaziyyat Günü"nə həsr olunmuş riyaziyyat fənni üzrə 5-ci siniflər arasında bilik yarışı keçirildi.

Yarışda 5-ci sinif riyaziyyat fənnini əhatə edən natural ədədlər, adi kəsrlər, onluq kəsrlər, həndəsi fiqurlar və faiz bölmələri üzrə şagirdlərin bilikləri sınağa çəkildi.

Yarışın sonunda, qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildi.

Yarışda məktəbin direktoru Ruhiyyə İbrahimova, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, riyaziyyat müəllimi Qənirə Məmmədova münsif qismində əyləşdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi