“Bahar çələngi “ adlı xonça sərgisi keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabunçu Gənclər Evində Sabunçu rayon orta ümumtəhsil məktəblərinin iştirakı ilə “Bahar çələngi “ adlı xonça sərgisi keçirilib.

BŞGİİ-nin Sabunçu rayonu üzrə gənclər və idman sektorunun müdiri Rakif Əliyev, SGE-nin direktoru Kamil Yaqubov çıxışlarında tədbirin mahiyəti haqqında məlumat veriblər.

Sərgi bitdikdən sonra bütün iştirakçıkar Bakı Şəhər Gənclər və İdman İdarəsinin serftifikatı və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Sərgidə nümayiş olunan xonçalar Gənclərin Reabilitasiya Mərkəzinə sovqat kimi idarə əməkdaşları tərəfindən təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi