"Yurdumuza bahar gəlir" adlı tədbir

15 mart 2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Aygün Əliyeva 3a sinif şagirdləri ilə birlikdə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirdi.

Tədbir "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində, şagirdlərin fəal iştirakı ilə təşkil olundu.

Tədbirdə şagirdlər yazın gəlişinə, Novruz bayramına həsr olunmuş şeirlər söylədilər, Novruz adət-ənənələri haqqında ətraflı məlumatlar təqdim etdilər.

Novruzun atributlarından olan Bahar qız, keçəl və kosa, həmçinin şagirdlərin milli rəqsləri, şən ifaları və bir-birindən maraqlı səhnəcikləri tədbirə xüsusi gözəllik qatdı.

Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, UBR Arzu Məmmədova və psixoloq Şəbnəm Əsgərova iştirak etdilər.

 

#Dəyərlərimiziqoruyaq #məktəb155 #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi