1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı seminar keçirildi.
1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı seminar keçirildi.
1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq riyaziyyat müəllimi Nağıyeva Rübabə və azərbaycan dili və ədəbiyyatı müəllimi Cəbiyeva Gülnar tərəfindən, sinif rəhbəri olduqları 5c və 5b siniflərinə seminar təşkil olundu.
Dərsdə məktəbin hərbi rəhbəri Qabil Rəhimov və direktor müavini Məhluqə Bayramova iştirak etdilər.
Şagirdlər bu günün əhəmiyyəti ilə bağlı təlimatlandırıldı.
Bildirildi ki, şagirdlər bu günün mahiyyətini dərindən dərk etməli və hər bir fövqaladə vəziyyətə hazırlıqlı olmalıdırlar.
Şagirdlərə seminarda Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi, məqsədi, vəzifələri ətraflı şəkildə izah edildi.
Seminarın əsas mövzusu "Mülki Müdafiə sahəsində innovativ texnologiyalar" idi.