Məktəbdə təhsilalan idmançı şagirdlərlə görüş təşkil olundu
1–7 mart tarixlərində, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil Nazirinin müvafiq əmri ilə məktəbdə idman həftəsi keçirilir.
Layihə çərçivəsində, 4 mart 2024-cü il tarixində məktəbin fiziki tərbiyə müəllimləri Mələknisə Mirzəyeva və Mehman Səfərlinin təşəbbüsü ilə məktəbdə təhsilalan idmançı şagirdlərlə görüş təşkil olundu.
Görüşdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, Hərbi rəhbər Qabil Rəhimov, UBT Arzu Məmmədova və müəllimlər iştirak etdilər.
"İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.