5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar gündəlik gimnastik hərəkətlər edildi

1–7 mart tarixlərində, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil Nazirinin müvafiq əmri ilə məktəbdə idman həftəsi keçirilir.

1 mart 2024-cü il tarixində məktəbin həyətində  layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər edildi.
Gündəlik gimnastik hərəkətlər məktəbin fiziki tərbiyə müəllimi Mehman Səfərlinin nəzarəti ilə keçirilir.

"İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi