İngilis dili və rus dili fənləri üzrə metodbirləşmə daxilində müəllimlər ilə görüş

27 fevral 2024-cü il tarixində məktəbin direktoru Ruhiyyə İbrahimova məktəbin ingilis və rus dili fənləri üzrə metodbirləşmə daxilində müəllimlər ilə görüş təşkil etdi.
İclas Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə keçirilən görüşün təfərrüatlarının müzakirəsi və sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə keçirildi.
Görüşdə çıxış edən məktəbin direktoru Ruhiyyə İbrahimova təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd müəllimlərin peşəkarlıq səviyyələrini yoxlamaq, onların peşəkar inkişafına nail olmaqdan ibarət olduğunu bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə keçirilən görüşdə iştirak edən məktəbin ingilis dili müəllimləri Arzu Zəkəryəyeva və Aidə Kərəməliyeva görüş haqqında ətraflı məlumatlar təqdim etdikdən sonra sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı və müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi