"Məktəblilərin sağlam qidalanması" mövzusunda təlim

22 fevral 2024-cü il tarixində məktəbin tibb bacısı Məryəm Həsənovanın və 12 saylı Şəhər Poliklinikasının uşaq şöbəsinin həkimi İlahə Əliyevanın iştirakı ilə "Məktəblilərin sağlam qidalanması" mövzusunda təlim təşkil olundu.

Təlimdə 5, 6 və 7-ci sinif şagirdləri iştirak etdilər.

Maarifləndirici təlimdə sağlam qidalanmanın vacibliyi, prinsipləri və əhəmiyyəti barədə danışıldı. Məktəblilərə zərərli qidalardan uzaq durulması, orqanizm üçün əhəmiyyət kəsb edən qidalardan istifadə olunması tövsiyyə olundu.

Mövzu ilə bağlı slaydlar və video-çarx təqdim olundu, daha sonra isə şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi