İNTİHARIN PROFİLAKTİKASI VƏ YENİYETMƏLİK YAŞ DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ. BULLİNQ NƏDİR?
Məktəbin psixoloqu Şəbnəm Əsgərova VI, VII, VIII və IX sinif valideynlərinin iştirakı ilə seminar təşkil etdi.
Seminarda valideynlərə intihara təşəbbüsün səbəbləri, intihar risklərini törədən amillər, intiharqabağı əlamətlər, özünəqəsdetmədən qoruyan təsirlər haqda məlumat verildi.
Təlim zamanı valideynlərə həmçinin yeniyetməlik yaş böhranı, bu yaş dövründə müşahidə olunan anatomik – fizioloji, psixi xüsusiyyətlər, yeniyetmələrin davranışındakı dəyişikliklər barədə məlumat verildi.
Yeniyetmələrə yanaşma tərzi barədə onlara tövsiyələr verildi.
Təlimdə bullinq mövzusunda da maarifləndirici söhbət aparıldı.
Bullinq və onun uşaqlarda xəbərdaredici əlamətləri barədə danışıldı.
Valideynlərə problemin həlli yolları və bullinqə qarşı cavab tədbirləri barədə tövsiyələr verildi.