"İtə ataram, yada satmaram" hekayəsi əsasında tədbir təşkil olundu

12 fevral 2024-cü il tarixində məktəbin kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova və məktəbin ibtidai sinif müəllimi Günay Əhmədovanın təşkilatçılığı ilə 4d sinifində Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən "İtə ataram, yada satmaram" hekayəsi əsasında tədbir təşkil olundu.

Tədbirin məqsədi şagirdlərdə mütaliə vərdişləri yaratmaq, bədii əsərlərə maraq oyatmaq, onlara kitabxananı və kitabları sevdirməkdən ibarətdir.

4d sinif şagirdləri hekayəni səhnələşdirdikdən sonra müəllim şagirdlərə "Milli irsimizi niyə qorumalıq?" sualı ətrafında məlumat təqdim etdi.

Sonda şagirdlər "Milli-mədəni irsimizi tanımalı, sevməli, bizə məxsus olan dəyərləri qorumalı, gələcək nəsillərə ötürməli və hər zaman milli dəyərlərimizə baxıb fəxr etməli olduğumuzu söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi