8c sinfində "20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri" mövzusunda xüsusi dərs
19.01.2024- cü il tarixində məktəbin tarix müəllimi Elza İmanova 8c sinfində "20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri" mövzusunda xüsusi dərs təqdim etdi.
Müəllim giriş sözü ilə çıxış edərək, bildirdi ki, 20 Yanvar hadisələrindən 1 qərinə, yəni 33 il keçir. Mühazirəyə davam edən müəllim Azərbaycanın çağdaş tarixi, Şəhidlər xiyabanı, küçə və meydanlarda memorial abidələrin bu hadisəni unutmamağı, ondan dərs alıb irəli getməyə çağırdığını bildirir.
Şagirdlərə 20 Yanvar faciəsinin səbəbləri, bu faciənin törədilməsində iştirak edən tərəflər, faciənin nəticələri ilə bağlı məlumatlar təqdim edildikdən sonra şagirdlərin hazırladıqları kiçik təqdimatlar dinlənildi.