31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dəyirmi masa

28 dekabr 2023-cü il tarixində məktəbin kitabxanasında kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənovanın təşkilatçılığı və 7c sinif şagirdlərinin iştirakı ilə Dəyirmi masa keçirildi.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş dəyirmi masa Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başladı.

Sonra sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Hüseynova, tarix müəllimi Zəminə Vəliyeva və kitabxanaçılar öz düşüncələrini şagirdlər ilə bölüşdülər.

Daha sonra 7c sinif şagirdləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında öz fikir və mülahizələrini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi