Riyaziyyat fənnindən "Breyn-rinq" intelektual yarışı
19.12.2023-cü il tarixində Kiçik Akademiyanın Riyaziyyat kafedrasının rəhbəri, məktəbin riyaziyyat müəllimi Qənirə Məmmədova və Akademiyanın üzvü, 8a sinif şagirdi Zeynallı Zəhra ilə birlikdə Riyaziyyat fənnindən "Breyn-rinq" intelektual yarış təşkil etdilər.
6b, 6c, 6d şagirdləri hər sinifdən 1 qrup olmaqla ümümi 3 qrup iştirak etdi.
Breyn-rinq 3 mərhələdən və 1 sual-cavab mərhələsindən ibarət idi.
1-ci mərhələ 3 asan tipli misaldan
2-ci mərhələ 3 asan və çətin tipli misal məsələdən
3-cü qrup çətin tipli məsələdən ibarətdir.
Sual-cavab mərhələsi isə hər birində 3 sual olmaqla 10 ballıq, 20 ballıq və 30 balllıq suallardan ibarət idi.
Breyn-rinq yarışmasında 6c sinif şagirdləri qalib gəldi.
Qalib gələn şagirdlər rəmzi hədiyyələrlə təltif olundular.
"Breyn-rinq" intelektual yarışı məktəbin direktoru Ruhiyyə İbrahimova, məktəbin riyaziyyat müəllimləri Qənirə Məmmədova, İlahə Qəhrəmanova, Rübabə Nağıyeva, kimya müəllimi Könül Məmmədova və UBR Arzu Məmmədova izlədilər.