"Heydər Əliyevə səsli məktub" mövzusunda TED-x müsabiqəsi keçirildi
12.12.2023-cü il tarixində məktəbin psixoloqu Şəbnəm Əsgərovanın təşkilatçılığı ilə VIII - IX sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyevə səsli məktub" mövzusunda TED-x müsabiqəsi keçirildi.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müsabiqədə 9 şagird iştirak etdi.
Sonda şagirdlərin çıxışları tarix və ədəbiyyat müəllimləri tərəfindən qiymətləndirildi.
Tədbirdə məktəbin tarix müəllimləri Elza İmanova, Aynurə Musayeva və Azərbaycan dili və ədəbiyyatı müəllimi Humay Vəliyeva iştirak etdilər.