4 oktyabr Cəbrayıl Şəhəri Günü

04.10.2023-cü il tarixində məktəbin tarix müəllimi Aynurə Musayeva 04 oktyabr Cəbrayıl Şəhər Günü münasibətilə 9c sinfində xüsusi dərs təqdim etdi.
Xüsusi dərsdə Cəbrayıl rayonunun tarixi, əhalisi, işğal və aşğaldan azad olunma tarixləri haqqında ətraflı məlumatlar verildi.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır.
23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü ilin əvvəlində keçirilmiş Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı işğaldan azad edilmişdir. 2020-ci il 27 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Böyük Mərcanlı, Nüzgar, 3 oktyabrda Aşağı Maralyan, Çaxırlı, Quycaq, Mehdili, Şəybəy, 4 oktyabrda Mahmudlu qəsəbəsi, Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şükürbəyli, Yuxarı Maralyan, 5 oktyabrda Məzrə, 9 oktyabrda Əfəndilər, Qaracallı, Qışlaq, Sarıcallı, Süleymanlı, Şıxalıağalı, 15 oktyabrda Doşulu, 19 oktyabrda Alıkeyxalı, Əmirvarlı, Keçəl Məmmədli, Göyərçin Veysəlli, Hacı İsaqlı, İsaqlı, Hacılı, Hasanlı, Qumlaq, Maşanlı, Niyazqulular, Soltanlı, Şahvəlli, 20 oktyabrda Ağtəpə, Daş Veysəlli, İmambağı, Safarşa, Yarəhmədli, 21 oktyabrda Balyand, Həsənqaydı, Papı, Tinli, Tulus, 22 oktyabrda Dərzili, Məstalıbəyli, Sirik, Şıxlar, 23 oktyabrda Dağ Tumas, Minbaşılı, Nüsüs, 25 oktyabrda Çələbilər, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Qovşudlu, Sofulu, 28 oktyabrda Çullu, Xanağabulaq, Xələfli, Qaraağac, Qazanzəmi, Quşçular, 30 oktyabrda Xubyarlı, Xudaverdili, Qurbantəpə, Şahvələdli, 2 noyabrda Çapand,, 2 noyabrda Kavdar, Qoşabulaq, 4 noyabrda Mirək, 9 noyabrda Ağgüney, Arxacdərəsi, Aşağı Mərcanlı, Aşağı Sirik, Aşıq Məlikli, Əsgərxanlı, Fuğanlı, Hüseynalılar, Xudayarlı, Qalacıq, Qərər, Molla Həsənli, Niftalılar, Padardərə, Sədi, Söyüdlü, Tatar, Yanarxac, Yuxarı Mərcanlı, Yuxarı Məzrə, Yuxarı Nüsüs kəndləri işğaldan azad olunmuşdur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi