Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır

24.11.2023-cü il tarixində məktəbin psixoloqu Şəbnəm Əsgərova 8-ci sinif şagirdləri ilə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" adlı məşğələ keçirdi.
Məşğələ zamanı şagirdlərə gigiyena sözünün izahı, şəxsi və ümumi gigiyena, yeniyetməlik dövründə şəxsi gigiyena və düzgün qidalanma qaydaları haqqında məlumat verildi.